qemer nuriyeva

Neft-qaz, sənaye və infrastruktur sektorlarında mühəndislik, texniki xidmət və təchizat sahələrində fəaliyyət göstərən “Predsol” MMC-də yeni təyinat baş tutub.

Globalinfo.az Yurd.Media-ya istinadən bildirir ki, Qəmər Nuriyeva şirkətin Reklam və marketinq şöbəsinin müdiri təyin olunub.

O, ötən ildən “Predsol” MMC-də fəaliyyət göstərir. Əvvəllər isə “Caspian Event Organisers”də işləyib.

Qeyd edək ki, “Predsol” MMC 2016-cı ildə Bakıda yaradılıb və neft-qaz, sənaye və infrastruktur sektorlarında mühəndislik, texniki xidmət və təchizat sahələrində fəaliyyət göstərən özəl şirkətdir.

Paylaş: