“Ermənistanın hədəfi suverenliyini, müstəqilliyini və dövlətçiliyini gücləndirməkdir. Bu istiqamətdə Fransanın dəstəyini yüksək qiymətləndiririk”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın xarici işlər naziri Stefan Sejurneni İrəvanda qəbul edərkən deyib.
Baş nazir bildirib ki, Paris Ermənistanın Avropa İttifaqı ilə əlaqələrini möhkəmləndirməsinə yardım edir.
N.Paşinyan və S.Sejurne görüş zamanı Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını, həmçinin digər regional məsələləri müzakirə ediblər.
Əliyar Xəlil
Globalinfo.az