Hazırlaşın, Xankəndiyə qoşun yeridək – İranşünas ekspert

Azərbaycanın Xankəndi şəhərində qələbə paradı keçirəcəyi haqda xəbərlər yayıldıqca erməni ekspertlər isteriyalara qapılırlar.

Globalinfo.az xəbər verir ki, növbəti belə gülünc fikri iranşünas Vardan Voskanyan yazıb.

O, Qarabağın yenidən işğal edilməsinə çağırış edib:

“Əslində, bu, bizim vəzifəmizi dəyişmir: “artsax”ı yenidən düşmən işğalından “azad etməyə” hazırlaşmalıyıq. Bunun üçün plan və yol xəritəsini formalaşdırsaq, ordumuz Stepanakertdən (Xankəndi – red.) yenidən hərbi paradla keçəcək.

O vaxta qədər düşmən ümummilli rüsvayçılığımızdan ləzzət almağa davam edəcək”.

Tamerlan Yayaqan
Globalinfo.az