Hazırkı sülh fürsəti qaçırılmamalıdır – Ərdoğan

0x0 efes 2024 tatbikati baskan erdogan teroristana izin vermeyiz 1717065142005

“30 il sonra Qarabağın azad edilməsi ilə regionda davamlı sülhün təmin edilməsi üçün tarixi fürsət yarandı”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti Ermənistanın sülhə yaxınlaşması üçün xarici təsirlərdən qurtulmalı olduğunu bildirib:

“Hazırda sülh üçün yaranan tarixi fürsət əldə verilməməlidir. Ermənistan xarici güclərin və diasporun əsarətindən qurtulduğu zaman sülhə daha da yaxınlaşacaq. Erməni xalqı gələcəyinin xaricdən onlara qəzəl oxuyanlarda, təhrik edənlərdə deyil, əsrlərdir bərabər yaşadığı və yaşayacağı qonşularında olduğunu görməli, başa düşməlidir. Bunun üçün lazımı addımları cəsarətlə atmalıdır”.

Ayşən Mustafa
Globalinfo.az