Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Martın 14-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq bəzi magistral avtomobil yollarında görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Bu barədə Globalinfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.