ABŞ-da 95 il əvvəlki vəziyyət təkrarlana bilər – Tramp

“Kamala Harrisin qələbəsindən sonra ABŞ 1929-1939-cu illərdə yaşanan “Böyük Depressiya” dönəmindəki kimi iqtisadi böhrana düşəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentiliyinə namizəd Donald Tramp deyib.

Trampın sözlərinə görə, Harris prezident olarsa, yenidən depressiya başlayacaq:

“Kamala nə etdiyinin fərqində belə deyil, qələbə qazandıqdan sonra ABŞ tarixində ən böyük vergi artımı olacaq. Onlar artıq bizi bu yola yönləndiriblər”.

Əliyar Xəlil
Globalinfo.az