
Səudiyyə Ərəbistanında prezidentlər səviyyəsində hansısa sülh danışıqları barədə xəbərlər yayılır.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Səudiyyə Ərəbistanında ABŞ və Rusiya Prezidentləri səviyyəsində görüş olacağı deyilir. Hansısa sülh danışıqları. Hətta bizim bayrağı da qoyublar. Mən bilmirəm bu nədir. Nədirsə, ciddi bir şey deyil”, – Zelenski qeyd edib.
Həmçinin o, danışıqlar üçün Kiyev tərəfindən nümayəndə heyəti barədə söhbət getmədiyini də diqqətə çatdırıb.
Xatırladaq ki, daha əvvəl “Bloomberg” Rusiya və ABŞ nümayəndə heyətlərinin gələn həftə Səudiyyə Ərəbistanında görüşəcəyini demişdi. Görüşün məqsədi Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında fevralın sonunda keçirilməsi planlaşdırılan sammitə hazırlıq olduğu deyilir.
Aysel Əliyeva
Globalinfo.az