“Bir neçə gün öncə yaxta qəzası nəticəsində itkin düşən britaniyalı multimilyonçu Maykl Linçin “Mossad”la əlaqəsi olub”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə NOVA agentliyi çıxış edib.
Agentlik bildirib ki, Linçin sahib olduğu “Darktrace” kompüter təminatı təhlükəsizliyi şirkəti İsrail kəşfiyyatı ilə əməkdaşlıq edib. Məhz bu şirkətin hazırladığı sistemlər HƏMAS liderlərinin yerlərinin müəyyənləşdirilməsində istifadə edilib.
Qeyd edək ki, Linç avqustun 19-da itkin düşüb. Onun yerinin müəyyənləşdirilməsi ilə bağlı axtarışlar aparılır.
Əliyar Xəlil
Globalinfo.az