Ermənistanda repressiyalar davam edir – Abramyan

“Hakimiyyət siyasi repressiyaları davam etdirir, demokratiyadan danışan diplomatik missiyalar isə cahillik sərgiləyirlər”.

Globalinfo.az xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan deyib.

“Hakimiyyət bütün sərhədləri aşaraq siyasi repressiyaları və söz azadlığına məhdudiyyətləri davam etdirir. Ermənistanda təmsil olunan və ənənəvi olaraq insan haqları və demokratiyadan danışan müxtəlif diplomatik missiyalar isə cahillik sərgiləyirlər. Nəzərinizə çatdırım ki, “Respublika” partiyasının vitse-prezidenti Armen Aşotyan 9 aydan çoxdur həbsdədir. Onun və digər şəxslərin işi üzrə məhkəmə iclasları çoxdan farsa çevrilib”, – Abramyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az