Azərbaycanda tələbə qızı intim videolarla şantaj etdilər

Qazaxda şantaj edildiyini bildirən 17 yaşlı qız polisə şikayət ərizəsi ilə müraciət edib.

Globalinfo.az bildirir ki, Gəncə sakini olan 2005-ci il təvəllüdlü A.Hüseynova bu ilin oktyabr ayından etibarən həmyaşıdı, Zaqatala rayon sakini İ.İbişovun onu şantaj etdiyini deyib. Yeniyetmə qız qeyd edib ki, İ.İbişov onu intim videoları və yazışmalarını yayacağı ilə 2 aydan çoxdur şantaj edir. Bu müddət ərzində həmin şəxs A.Hüseynovadan 65 manat pul alıb.

Məlumata görə, polisə müraciət edən qız və onun şikayətçi olduğu şəxs tələbədir.

Qızın müraciəti ilə bağlı araşdırma aparılır.