Hakan Fidan yunanıstanlı və britaniyalı həmkarları ilə görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan Yunansıtan xarici işlər naziri Giorgos Gerapetritis ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutub.

Görüşün təfərrüatı barədə məlumat verilməyib.

***

Türkiyə xarici işlər naziri Hakan Fidan böyük britaniyalı həmkarı David Kemeron ilə də görüşüb.

Görüş Brüsseldə NATO XİN rəhbərləri toplantısı çərçivəsində baş tutub.

Nazirlər Qəzza, Ukrayna və müdafiə sənayesində əməkdaşlıq məsələlərini müzakirə edib.