Hakan Fidan: “Lavrovla Cənubi Qafqazı müzakirə etdik”

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşümüz zamanı ikitərəfli münasibətlərlə yanaşı, regional vəziyyəti də müzakirə etmək imkanımız oldu”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan III Antalya Diplomatiya Forumunun bağlanış mərasimindən sonra mətbuata açıqlamasında deyib.

Türkiyə XİN başçısı bildirib ki, görüş zamanı Qafqazdakı sülh prosesi, Qara dənizdə və Suriyada baş verənlər müzakirə mövzusu oldu.