Hakan Fidan Blinkenlə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə edilib.

“Biz Türkiyə olaraq iki ölkə arasında sülh sazişini dəstəklədiyimizi və bunun reallaşması üçün hər cür səy göstərdiyimizi söylədik. Onlar da bu məsələdə həmfikirdirlər. Normallaşmanın olması bölgənin xeyrinədir. Biz bunun baş verəcəyini düşünürük”, – deyə qeyd olunub.