Hafiz Hacıyev vəzifə istəyir: “Bu yolda nökər də olmağa hazıram”

Hafiz Haciyev

“İşğaldan azad olunan ərazilərə dəfələrlə getmişəm. Dövlət tədbirlərində Şuşada, Ağdamda, Zəngilanda və digər rayonlarda olmuşam”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

“Allah şəhidlərimizə rəhmət eləsin, prezidentimizin də canı sağ olsun ki, bu xoşbəxtliyi bizə nəsib elədi. Fəxr edirəm ki, vaxtilə Kəlbəcərdə komsomolda birinci və ikinci katib vəzifəsində çalışmışam. Gedib o torpaqları da gördüm”.

“Kəlbəcərdə vəzifə sahibi olmaq istərdiniz” sualına H.Hacıyev belə cavab verib:

“Açığı, Kəlbəcəri düşünməmişəm, amma arzum olub ki, Xankəndidə hər hansı bir vəzifəni icra edəm. Həm də erməni dilini yaxşı bilirəm deyə, düşünürdüm, köməyim toxunar. Azərbaycan xalqının yolunda nökər də olmağa hazıram”.

Partiya sədri “erməni dilinin tədrisi prosesində iştirak edərsinizmi” sualına “Düzdür, bəzi verilişlər var ki, erməni dilində efirə verilir. Bu da lazımdır. Bəli, düşmənin dilini bilmək üstünlükdür, razıyam. Lakin mənim partiyada işlərim çoxdur. Ona görə də erməni dilini tədris edə bilmərəm” cavabını verib.

Zaira Akifqızı
Globalinfo.az