netanyahu 1

İsrailin Baş naziri Benyamin Netanyahu oktyabrın 10-da İrana planlaşdırılan hücumun ABŞ Prezidenti Donald Trampın müdaxiləsi ilə dayandırılması barədə yayılan məlumatı təkzib edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ynet” yazıb.

Netanyahu “Financial Times” (FT) nəşrində dərc olunan yazını əsassız adlandıraraq, iddiaların həqiqətə uyğun olmadığını bildirib.

Qeyd edək ki, FT daha əvvəl İsrailin oktyabrın 10-da İrana genişmiqyaslı zərbələr endirməyi planlaşdırdığını, lakin Trampın etirazı səbəbindən əməliyyatın həyata keçirilmədiyini yazıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: