Toya gedən müğənni və prodüseri qəzaya düşdü – VİDEO

Hacıqabul rayon Muğan qəsəbəsində baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1991-ci il təvəllüdlü (qadın cinsli) və 1996-ci il təvəllüdlü (kişi cinsli) şəxslərin hər birinə bədənin küt travması diaqnozu təyin edilib.

Onların zəruri tibbi xidmətlər göstərilib.

***14:35

Ucar rayonuna toya gedən müğənni və prodüseri Hacıqabul ərazisində qəzaya düşüb.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Müğənni Bakı sakini, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız (Şəlalə Nicat) idarə etdiyi “KİA” markalı avtomobili yoldan çıxararaq aşırıb.

Nəticədə sürücü və avtomobildə olan prodüser müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, müğənni və onun prodüseri Ucar rayonuna toy şənliyində iştirak etmək üçün gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.

Toya gedən müğənni və prodüseri Hacıqabulda qəzaya düşüb - FOTO

Toya gedən müğənni və prodüseri Hacıqabulda qəzaya düşüb - FOTO

Toya gedən müğənni və prodüseri Hacıqabulda qəzaya düşüb - FOTO

***12:50

Hazırda müşahidə olunan yağışlı hava şəraiti Bakı-Hacıqabul yolunda fəsadlar törədib. 

Globalinfo.az xəbər verir ki, yağan yağış avomobillərin, xüsusilə yük maşınlarının hərəkətinə çətinlik yaranıb.

Yolun 109-cu kilometrində yük avtomobilinin qəza törətdiyini əks etdirən görüntülər yayılıb.

Məlumata görə, Ələt qəsəbəsində və Hacıqabul rayonu ərazisində yağış intensivləşib, sel fəlakəti gözlənir.