“Salmanın 11 yaşlı uşağa qarşı qeyri-etik hərəkətlər etdiyinə onu tanıyan heç kim inanmır”.
Bu sözləri Globalinfo.az -a azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etdiyi iddia edilən ilahiyyatçı Hacı Salman Kamiloğlunun dostu deyib.
O, S.Kamiloğlunun yaxşı insan olduğunu bildirib:
“Salman əslən Lənkəran rayonundandır. Ata-anası bir neçə il öncə rəhmətə gedib. O, 7-8 il əvvəl Bakıya gəlib. Bir bacısı var. Elə bacısı ilə yaşayırdı. Özü Bakı Dövlət Universitetindən əlavə, Bakı İslam Universitetində də təhsil alıb. Adam İslam Xeyriyyə Cəmiyyətinin rəhbəridir”.
Bir başqa dostu isə Hacı Salmanın xeyriyyəçiliklə məşğul olduğunu deyib:
“Salmanın 35 yaşı var və çox mədəni biridir. Pis bir hərəkət etdiyinə qəti inanmıram. Bu məsələnin şəffaf şəkildə araşdırılacağına ümid edirəm, inanıram. İllər əvvəl valideynləri rəhmətə gedib. Belə bir adam o cür hərəkət edə bilməz. Özü də məhlədə, insanların gözü qarşısında. Mən Salmanla 7-8 il öncə o Bakıya yeni gələn zaman tanış olmuşam. Bu vaxta kimi artıq hərəkətlərini görməmişəm. Qeyd edim ki, bacısı Lənkəranda tək qalmasın deyə, Salman onu Bakıda kirayə tutduğu evə gətirmişdi və ikisi bir yaşayırdı”.
Xatırladaq ki, Hacı Salman Kamiloğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etmə) maddəsi üzrə ittiham olunur.
Zaira Akifqızı
Globalinfo.az