Hacı Şahinin rəsmi Yutub kanalı geri qaytarıldı

Xəbər verdiyimiz kimi, bir müddət öncə mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin rəsmi Yutub kanalı kibercinayətkarlar tərəfindən ələ keçirilmişdi.

Globalinfo.az bildirir ki, artıq sözügedən Yutub kanalı geri qaytarılıb.

Bu barədə kanalın admin heyəti məlumat yayıb:

“Əziz dostlar!

Hacı Şahin Həsənlinin rəsmi Yutub kanalı geri qaytarıldı və artıq yenidən xidmətinizdədir.

Bu günlərdə bizə yardım edən və dəstək olan hər kəsə təşəkkür edirik”.

Malik Liftiyev
Globalinfo.az