Hacı Şahinin 40 mərasimi keçirilir – Ünvan…

Bu gün Hacı Şahin Həsənlinin vəfatından 40 gün ötür.

Globalinfo.az xəbər verir ki, bu münasibətlə onun 40 mərasimi keçirilir.

Bildirilib ki, sözügedən mərasim saat 21:00-da “Məşədi Dadaş” məscidində təşkil ediləcək.

Mərasim çərçivəsində iftar süfrəsi də açılacaq.

Qeyd edək ki, tanınmış ilahiyyatçı, “Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli martın 2-də 48 yaşında ürəktutmasından vəfat edib.