HƏMAS-ın daha bir komandiri öldürüldü

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının Xan-Yunis və Maqazi bölgələrində onlarla terrorçunu öldürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalında paylaşım edilib.

Məlumata görə, Maqazidə son 24 saat ərzində HƏMAS-ın “Nuxba” bölməsinin komandirləri də daxil olmaqla 20-yə yaxın terrorçu məhv edilib. Bundan əlavə, çoxlu silah-sursat aşkar edilib.

Xan-Yunisdə İsrail ordusunun qırıcısı HƏMAS-ın hərbi iqamətgahına zərbə endirib və yeddi terrorçunu məhv edib. Öldürülən terrorçulardan biri də 7 oktyabr qırğınında iştirak edən “Nuxba” komandiri olub.