Gürcüstanda Qarabağ aksiyası baş tutmadı

Gürcüstandakı erməni diasporasının Qarabağda özünü buraxmış qondarma quruma dəstək aksiyası baş tutmayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, təşkilatçıların Aİ-nin Tbilisidəki nümayəndəliyinin qarşısında aksiya çağırışına yerli erməni icması reaksiya verməyib.

Nəticədə nümayəndəliyin qarşısına yalnız təşkilatçılar toplanıblar. 10-15 nəfərlik aksiyaçılar müxtəlif separatçı şüarlar səsləndirdikdən sonra ərazini tərk ediblər. Aksiya zamanı insident qeydə alınmayıb.