“O gəlsə, Ukraynada sülh əldə olunacaq”

“Trampın Ağ Evə qayıtması Ukraynada sülhün bərqərar olması üçün ilkin şərtdir”.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, əgər Donald Tramp ABŞ prezidenti olsaydı, Ukraynadakı münaqişənin qarşısını almaq mümkünləşərdi. Ona görə də bütün ümidlər Trampın prezident seçilməsinədir.

“Mən tam əminəm ki, Tramp ABŞ prezidenti olsaydı, Rusiyanın Ukraynaya müdaxiləsi baş verməzdi. Ona görə də Tramp yenidən prezident seçilsə, bu müharibəni dayandıra biləcək”.

Orban hesab edir ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar təkcə Ukrayna və Rusiyanın deyil, həm də Kiyevə ən böyük hərbi və maliyyə yardımı göstərən ABŞ-ın iştirakı ilə aparılmalıdır.

Əliyar Xəlil
Globalinfo.az