Gürcü müxalifəti hərəkətə keçdi

Trampın qələbəsindən sonra narahat olan Gürcüstanın müxalifət partiyaları təcili addımlar barədə düşünürlər.

Globalinfo.az xəbər verir ki, müxalifət partiyaları bu gün Tbilisidə Avropa Birliyinin Gürcüstandakı səfiri ilə görüşüblər. Görüş təxminən bir saat davam edib. Səfirlə görüşə Dəyişikliklər Naminə Koalisiyanın rəhbəri Nika Qvaramiya, Güclü Gürcüstan Koalisiyasının liderlərindən Badri Caparidze və Vahid Milli Hərəkat Partiyasının lideri Tina Bokuçava qatılıb. Görüşdə nəyin müzakirə olunduğu açıqlanmayıb.

Qeyd edək ki, Gürcüstan müxalifəti ölkədəki seçkinin nəticələrini tanımır. Müxalifət 3 gün öncə gündəlik etirazlara başladığını elan etsə də Trampın qələbəsindən sonra etirazlar dayanıb. Hökumət isə Tramp dönəmində ABŞ-la münasibətlərin yenilənməsinə ümid etdiyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az