Xəzərin sahilində güclü yanğın – Söndürmək olmur

Ötən gün Xəzər dənizinin sahilində yerləşən Atırau vilayətində qamışlıqlar yanıb.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə NUR.KZ məlumat yayıb.

Bildirilib ki, bu barədə Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinəməlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsi təxminən bir sutkadır ki, davam edir.

Ötən gün saat 15:45-də Atırau vilayətində Xəzər dənizinin sahilində, Kurmanqazı kəndindən 40 km aralıda,100 hektar qamışlıq sahədə yanğın başlayıb. Bu gün yanğınla mübarizə davam edir. Yaşayış məntəqələri üçün heç bir təhlükə yoxdur. Hazırda 35 nəfərlik canlı qüvvə və vasitə, bir motorlu qayıq, 6 motor nasosu, fövqəladə halların qarşısının alınması və meşə təsərrüfatı texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi bataqlıq ərazi və sıx bitki örtüyü səbəbindən çətinləşir ki, bu da xüsusi texnikanın keçməsini çətinləşdirir”, – məlumatda qeyd olunur.