Screenshot 2026 09 07 195633

Xəbər verdiyimiz kimi, hazırda Bakıda yağışlı və küləkli hava şəraiti müşahidə olunur. Yağıntılı hava paytaxtın bəzi ərazilərində nəqliyyatın hərəkətinə də təsir göstərir.

Belə hava şəraitində yol polisi və Post Patrul Xidmətinin əməkdaşları yollarda təhlükəsizliyin təmin olunmasına kömək göstərirlər.

Paytaxtın aparıcı küçə və prospektlərində, xüsusilə nəqliyyatın intensiv olduğu ərazilərdə polis əməkdaşları hərəkəti tənzimləyir, sürücülərə və piyadalara təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə olunur.

Globalinfo.az-ın əməkdaşı Yusif Səfərov küçəsində yağışlı hava şəraitində yol hərəkətini tənzimləyən polis əməkdaşını görüntüləyib.

Globalinfo.az həmin görüntüləri təqdim edir:

Paylaş: