Göygöldə qəzada xəsarət alan uşaq xəstəxanada öldü – YENİLƏNDİ

Göygöldə baş verən qəzada xəsarət alan 2015-ci il təvəllüldü Lamiyə Salmanova xəstəxanada ölüb.

***

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə rayonun Hacıməlik qəsəbəsində qeydə alınıb.

Qəza minik maşını ilə yük avtomobilinin toqquşması nəticəsində olub. Qəza zamanı 1969-cu il təvəllüdlü Tamaşa Məhərrəmova, 1991-ci il təvəllüdlü Samiyə Salmanova və 2015-ci il təvəllüdlü Lamiyə Salmanova xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib,.

Faktla bağlı araşdırma aparılır.