c3e356bd b9e0 331d b70d e18f25f4d565 850

Göyçayda ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə dönüb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Məlikkənd kəndində qeydə alınıb.

Yanğın zamanı kənd sakini Abdullayev Şamil Paşa oğluna məxsus ikimərtəbəli, ümümi sahəsi 200 kv. metr olan evin 140 kv. metr hissəsi əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və 19 nəfər şəxsi heyəti cəlb olunub.

Yanğın söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hadisə zamanı ev yiyəsinə külli miqdarda maddi ziyan dəyib.

Ev sahibinin sözlərinə görə, yanğın elektrik naqillərində baş verən qısaqapanmadan baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

dfdce2ed 6772 3ff1 b56a 017bef760af5 390a7be2 5c46 3f66 a0de 8dcff1946257 49f227d9 b62f 31b8 b8cf bd7d27902c54

Paylaş: