Avropanın qol kralı qəzaya düşdü: yaralılar var – FOTO

I wish Klopp had been able to work with the real Ciro - Immobile | Goal.com Australia

***
13:12

İtaliya millisinin və “Latsio”nun ulduz futbolçusu Çiro İmmobile paytaxt Romada ağır yol qəzasına düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, 33 yaşlı hücumçunun idarə etdiyi avtomobil tramvaya çırpılıb. Zərbənin gücündən maşının ön hissəsi tamamilə dağılıb. Tramvay isə relsdən çıxıb.

Hadisə zamanı təcrübəli forvardın qızı da avtomobildə olub. Lakin onlardan heç biri xəsarət almayıb. Tramvayın sürücüsü və iki sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Polis hadisə yerində araşdırma aparır. Şahidlərin sözlərinə görə, qəzaya səbəb tramvayın işıqforun qırmızı işığında keçməsi olub.

Qeyd edək ki, Ç.İmmobile 2020-ci ildə Avropa çempionatlarında ən çox qol vuran futbolçu olmuşdu.