Gizli razılıq var: ruslar çıxır, əvəzində isə… – Badalyan

“Məndə olan məlumata görə, Nikol Paşinyan Qərbdən hərbi münaqişə zamanı təhlükəsizliklə bağlı zəmanət alıb”.

Globalinfo.az xəbər verir ki, bunu erməni bloger Mikael Badalyan deyib.

O bildirib ki, bunun üçün əsas şərt Paşinyanın Rusiya hərbi bazasını ölkəsindən təcili şəkildə çıxarmağa razılıq verməsi olub.

“Paşinyanın müsahibəsi və NATO-ya dəvətdən sonra bu məsələ real şəkil alır. Bunun tezliklə necə baş verəcəyini anlamaq çətindir. Paşinyan “gedin” deyəcək, ruslar da qalxıb gedəcəklər?! Hətta bu halda belə, proses bir neçə ay çəkəcək. Çünki həmin hərbi bazada beş min nəfər var. Bunu hansı şəkildə həyata keçirmək istədikləri mənə aydın deyil”, – M.Badalyan vurğulayıb.

Qeyd edək ki, Nikol Paşinyan bir qədər əvvəl verdiyi müsahibədə Rusiyanın regionu tərk etməyə başladığını iddia edib. Kreml onun bu açıqlamasından narahatığını ifadə edib.

Tamerlan Yayaqan
Globalinfo.az