1767009589

“İran İslam Respublikasının müxtəlif şəhərlərində bir neçə gün öncədən başlayan etirazlar pik həddə çatıb. Artıq etirazçılarla hökumət qüvvələri arasında silahlı insident yaşanır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb.

“Dünən sosial şəbəkələrdə paylaşılan videolara əsasən, Şiraz şəhərində təhlükəsizlik qüvvələri etirazçılara qarşı zorakılıq tətbiq edib. Görüntülərdə repressiv qüvvələrin nümayişçiləri döydüyü və zor tətbiq edərək saxladığı əks olunur. Qarşıdurma zamanı etirazçılardan biri təhlükəsizlik qüvvələrinə məxsus motosikleti yandırıb”, – deyə telegram kanalında yazılıb.

Qeyd edilib ki, baş verənlər ölkənin müxtəlif şəhərlərində müşahidə olunan etiraz dalğasının tərkib hissəsi kimi dəyərləndirilir:

“Etirazçılar sosial və iqtisadi problemlərə, eləcə də təhlükəsizlik qüvvələrinin sərt müdaxilələrinə qarşı çıxış edirlər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: