Gizli həmlə: Ukrayna Rusiyanı öz silahları ilə vuracaq

Yunanıstan Rusiya ilə “Tor-M1” və “Osa-AKM” zenit raket komplekslərinə xidmət göstərilməsi ilə bağlı müqaviləni pozmağa hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Pronews Greek” nəşri yazıb.

“Bununla bağlı “həddən artıq məxfi” sənəd parlamentdə yayımlanıb. Göstərilən komplekslər tezliklə silahlanmadan çıxarıla və “çox güman ki” üçüncü ölkə vasitəsilə Ukraynaya verilə bilər”, – nəşr vurğulayıb.

Qeyd edək ki, Yunanıstan ordusunun silahlanmasında 21 ədəd “Tor-M1” və 38 ədəd “Osa-AKM” zenit raket kompleksləri mövcuddur.