israil 1

İsrail rəhbərliyi İrana qarşı hərbi əməliyyatların tezliklə bərpa olunmasını istəyir”.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qeyd olunub ki, Təl-Əviv ABŞ Prezidenti Donald Trampın mövqeyindən narazıdır.

“Tehran bundan istifadə edərək diplomatik fasiləni qəsdən uzadır. İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan söhbətdən sonra İsrail tərəfi ABŞ liderinin mövqeyindən narahat olub.

İsrail hökumətinin ən yüksək səviyyələrində İrana qarşı hərbi əməliyyatları bərpa etmək üçün güclü istək var”, – deyə mənbə bildirib.

Məlumata görə, Netanyahu Trampla söhbətdən narazıdır, çünki o, hazırkı fasilənin yalnız İrana fayda verdiyinə inanır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: