Ötən gün Prezidentin Sərəncamı ilə ali hərbi rütbə verilən zabitlər – Ağamir Sultanov, Kənan Seyidov və Zaur Yusifli bu gün qələbəmizin beşinci ildönümünə həsr edilmiş hərbi paradda iştirak ediblər.
Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Ağamir Sultanov raket və artilleriya silahlarının, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Kənan Seyidov Əlahiddə Ümumqoşun Ordunun, general-mayor Zaur Yusifli isə hava hücumundan müdafiə vasitələrinin parad heyətinə başçılıq edib.
Generalların yeni rütbədə ilk fotolarını təqdim edirik:
General-leytenant Ağamir Sultanov
General-leytenant Kənan Seyidov
General-mayor Zaur Yusifli