Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi Rusiya vətəndaşı Zinaida Serebritskayanın barəsində qiyabi həbs qərarı verib.
Globalinfo.az xəər verir ki, o, Rusiya Baş Kəşfiyyat İdarəsinin rəis müavini, general Vladimir Alekseyevə qarşı törədilən sui-qəsd işi üzrə təqsirləndirilən şəxs qismində çıxış edir.
Agentliyin məlumatına görə, Zinaida Serebritskaya Rusiya pasportuna malikdir və qondarma “LXR” ərazisindən gəlib. İstintaq orqanlarının bildirdiyinə görə, sui-qəsddən bir gün əvvəl o, Vnukovo hava limanından İstanbula uçub. FTX-nin məlumatına əsasən, daha sonra Ukraynaya keçib. Hazırda onun Xarkov şəhərində ola biləcəyi ehtimal edilir. Serebritskaya beynəlxalq axtarışa verilib.
Xatırladaq ki, general Vladimir Alekseyevə qarşı sui-qəsd 6 fevral tarixində Moskvanın şimal-qərbində yerləşən yaşayış binasında baş verib. İstintaq hadisənin icraçısı kimi Lyubomir Korbanı göstərir. Bildirilir ki, o, hərbçiyə bir neçə dəfə atəş açıb. General ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas etməyə nail olublar.
Fevralın 8-də Lyubomir Korba Dubaydan Rusiyaya ekstradisiya edilib. İş üzrə Viktor Vasin və onun oğlu Pavel Vasinə də ittiham irəli sürülüb, hər iki şəxs saxlanılıb.
Əliyar Xəlil