9e1beee1 c673 37f8 bf04 100f331a16e0 825 1

Gəncə şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin “aeroport yolu” adlanan ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində Gəncə şəhər sakinləri – 1989-cu il təvəllüdlü Əzim Atakişiyev, 2004-cü il təvəllüdlü Natiq Əsgərov və Samux rayon sakini 2001-ci il təvəllüdlü Vüqar Axundzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: