Gəncədə motosiklet aşdı: Sürücünün vəziyyəti ağırdır

Gəncədə yol qəzası baş verib.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospketində qeydə alınıb.

1981-ci il təvəllüldü Ramil Əsgərov idarə etdiyi motosikletlə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə motosiklet yoldan çıxaraq aşıb. Qəza zamanş sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.