Gəncədə maşın hərəkətdə olan zaman alışıb yandı – VİDEO

Gəncədə yanğın hadisəsi baş verib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.

Belə ki, BMW markalı minik avtomobili hərəkətdə olan zaman anidən yanmağa başlayıb. Hadisə yerinə FHN-in Gəncə şəhər Yanğından mühafizə idarəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin başvermə səbəbləri araşdırılır.