Gəncədə intihar edən əsgərin – Fotosu

Gəncədə N saylı hərbi hissədə xidmət edən əsgər özünü yataqxana binasından ataraq intihar edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həyatına son qoyan əsgər, 2004-cü il təvəllüdlü Nurəddin Hüseynov Bakı şəhər Xəzər rayonu Mərdəkan qəsəbə sakini olub. Onun nəşi ailəsinə təhvil verilib və Mərdəkanda dəfn edilib.

Qeyd edək ki, əsgərin intiharı ilə bağlı Gəncə Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Artıq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib.

Mərhum əsgərin fotosunu təqdim edirik: