Gəncə şəhərində ev yanıb

Gəncə şəhərində fərdi yaşayış evində baş verən yanğın söndürülüb. 

Globalinfo.az xəbər verir ki, nəticədə 4 otaqlı evin 2 otağı (40 kvadratmetr), həmçinin evin dam örtüyünün 45 kvadratmetr sahəsi yanıb.

***

Gəncə şəhərində yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yerləşən fərid yaşayış evində anidən yanğın başlayıb. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.