3008bc1d 2cbb 3f26 bff7 82d9b25bf11a 825

Quba rayonunun Rustov kəndində insan sümükləri aşkarlanıb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, son günlər müşahidə olunan güclü yağış nəticəsində Rustov kəndində kiçik torpaq sürüşməsi baş verib.

Nəticədə kənd məscidindən bir qədər aralıda yolun kənarında insana məxsus kəllə və çanaq sümükləri üzə çıxıb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma başlanıb.

Paylaş: