Gəncədə evdə yanğın: yaralanan var – FOTO / YENİLƏNİB

111

Bu gün saat 16:00 radələrində 1958-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən bildirilib ki, ona hər iki əlin, yuxarı və aşağı ətrafın və sifətin l və ll dərəcəli termiki yanığı diaqnozu təyin edilib.

Pasiyent ixtisaslı tibbi yardımın göstərilməsi üçün Kliniki Tibbi Mərkəzin nəzdində olan Toksikologiya Mərkəzinə təxliyə olunub.

***17:14

Gəncədə fərdi yaşayış evi yanır.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Yeni Gəncə qəsəbəsində Zeynak Xəlil küçəsində fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Anidən başlayan yanğın nəticəsində 1958-ci il təvəllüdlü şəhər sakini Şərif Musayev xəsarət alıb.

Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilən Ş.Musayevin vəziyyəti kafidir.

İlkin məlumata görə, 45 kv.metrdən ibarət olan yarımtikili əşyaları ilə birgə yanıb. Alovun digər evlərə keçməsinin qarşısı alınıb.

Hadisə yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin üç yanğınsöndürən avtomobili və iyirmidən artıq canlı qüvvə cəlb olunub. Alovun söndürülməsi istiqamətində tədbirlər görülür.

222