Azərbaycanda güclü zəlzələ: bir neçə rayon silkələndi

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimal-qərbdə, Biləsuvar rayonunda 4,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət mərkəzindən Globalinfo.az-a verilən xəbərə görə, zəlzələ epsentirdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.