Gəncədə ər arvadını ölümcül hala salıb, qaçdı

Gəncə şəhərində ər arvadına çoxsaylı bıçaq xəsarətləri yetirib.

Globalinfo.az bildirir ki, hadisə dekabrın 14-də səhər saatlarında qeydə alınıb. Gəncə şəhər sakini Süleymanov Zaur Hidayət oğlu ailə münaqişəsi zəminində arvadı, 1980-ci il təvəllüdlü Aytən Süleymanovaya çoxsaylı ağır xəsarətlər yetirib. Qadın xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edib.

Hadisədən sonra Zaur Süleymanov qaçıb.

Onun barəsində cinayət işi açılıb.

Zaira
Globalinfo.az