Avtomobil təmiri sexində güclü yanğın: maşın külə döndü – FOTO / VİDEO

Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən avtomobil təmiri sexində yanğın baş verib.

Globalinfo.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 17 boksdan ibarət ümumi sahəsi 2500m² olan avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təmir sexinin 5 boksunun yanar konstruksiyaları ümumilikdə 220m² sahədə və içərisində təmirə dayanmış “Opel Astra” markalı minik avtomobili yanıb.

FHN-in qüvvələrinin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində 12 boks, təmirə dayanmış 5 ədəd minik avtomobili, hər birinin həcmi 200 litr olan 3 ədəd yağ çəlləyi və hər birinin həcmi 15 litr olan 6 ədəd oksigen balonu yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

***

Gəncədə avtomobil təmiri sexində baş verən yanğın söndürülüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, 2500 kv/m ərazisi olan avtomobil təmiri sexinin 220 kv metr dəmir konstruksiyadan ibarət 5 sex yanıb.

Yanğın zamanı 5 sexin təmir avadanlıqları və “Opel” markalı avtomobil yararsız vəziyyətə düşüb.

***

Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində yerləşən avtomobil təmiri sexlərinin birində yanğın başlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürlüməsi istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma aparılır.