Gədəbəydə 7, Sumqayıtda 5 nəfər dəm qazından zəhərləndi

Sumqayıtda müxtəlif ünvanlarda beş nəfər dəm qazından zəhərlənib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə “Betonzavod” adlanan yaşayış massivində və Zeynalabdin Tağıyev adına qəsəbədə fərdi yaşayış massivində qeydə alınıb.

“Betonzavod” adlanan ərazidə fərdi yaşayış evində Sumqayıt şəhər sakinləri, 2003-cü il təvəllüdlü Mehdiyeva Fərqanə Elbrus qızı, 2005-ci il təvəllüdlü Mehdiyeva Əfsanə Elbrus qızı və 2003-cü il təvəllüdlü Abdullayeva Fidan Süleyman qızı, Zeynalabdin Tağıyev adına qəsəbəsində yaşayan, 1956-cı il təvəllüdlü Cəfərova Nigar Mirdövlət qızı, 2005-ci il təvəllüdlü Astanova Nərmin Elgün qızı zəhərləniblər.

Dəm qazından zəhərlənən şəxslər dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.

X X X

Gədəbəydə dəm qazından zəhərlənmə faktları olub.

Globalinfo.az APA-ya istinadən bildirir ki, rayonun Qardağ kəndində bir aildən dörd nəfər dəm qazından zəhərlənib.

Digər bir fakt şəhərin Səməd Vurğun küçəsində, daha ikisi isə rayonun Gərgər kəndində qeydə alınıb.

Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.

Dəm qazından zəhərlənən şəxlərin kimliyi də məlum olub.

Onlar rayonun Qardağ kənd sakinləri, 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli, 1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlıdır.

Digər zəhərlənən şəxs Gədəbəy şəhərinin Səməd Vurğun küçəsində yaşayan 1955-ci il təvəllüdlü M.Hüseynovdur.

Rayonun Gərgər kəndində qeydə alınan daha iki faktda isə 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva dəm qazından zəhərləniblər.

Zəhərlənən şəxslərin vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.