Gələn ay toyu olacaqdı, şəhid oldu – FOTOLAR

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan Turan Məhərrəmovun nəşinin ailəsinə təhvil verilməsi ilə bağlı hazırlıqlar başlayıb.

Globalinfo.az bildirir ki, Oxu.Az-un xəbərinə görə, onun nəşi doğulduğu Zaqatala rayonu Qımır kəndinə aparılacaq.

Rayon ictimaiyyəti hazırda onun cənazəsini gözləyir.

2001-ci il təvəllüdlü Məhərrəmov Turan nişanlı imiş. Gələn ay toyu olacaqmış.