Fuad Muradov nazirə müraciət etdi

 

 

Milli Fədailər Hərəkatının sədri Fuad Muradov daxili işlər naziri Vilayət Eyvazova ərizə ilə müraciət edib.

Globalinfo.az xəbər verir ki, F.Muradov general-polkovnik Vilayət Eyvazova ərizəsində siyasi fəaliyyətlə bağlı hər ay Bakıya gedib-gəlməsi üçün ekonom maşın almağın lazım olduğunu və saytlarda maşın axtarışına başladığını bildirib.

O, avtomobil saytından “Shevrolet Molibu” markalı 99 GY 619 dövlət qeydiyyat nişanlı maşın tapdığını qeyd edib:

“Elanda Tural adlı şəxsin 050-580-80-80 və 050-331-37-99 əlaqə nömrəsi var idi. Mən göstərilən nömrə ilə əlaqə saxladım və maşını almaq istədiyimi dedim. Daha sonra telefonda razılaşdıq və bildirdim ki, atamın səhhəti ilə bağlı Bakıya gələ bilməsəm, Milli Fədailər Hərəkatında ictimai əsaslarla fəaliyyət göstərən müavinim Rauf Əliyev Fazil oğlunu göndərəcəyəm maşına baxsın. 5000 manatı müavinim Rauf Əliyevə verdim və onu Bakıya yola saldım. Bakıda maşına baxdıqdan sonra avtomobilin yoxlanılması və sənədlərin qaydasında olması haqqında yoxlanışa aparıldı. Məlum oldu ki, avtomobilin Cənubi Koreyada axtarışı var. Rauf Əliyev məsələ ilə bağlı məlumat verdikdə, elə maşını almağın lazım olmadığını bildirdim.

Daha sonra Tural Həsənzadə bildirdi ki, Koreyadan 2 maşın gəlir, onları almağımızı təklif et. Bu zaman mən maşın gəldikdən sonra baxıb alacağımı dedim. Lakin Tural Həsənzadə adlı şəxs mənim və müavinim Raufun etibarından sui-istifadə edərək daha da yaxın olmağı bacardı. Yekun nəticədə isə məndən 5000 manat alaraq gətirilən maşının pulundan çıxılacağını bildirdi. Bir neçə gün sonra qruplaşmış dələduzlar tərəfindən aldadıldığımı hiss etdim.

Daha sonra maşına ehtiyac olmadığını, pulumu geri qaytarmağını xahiş etdim. İndi isə məni aldadaraq, cinayət əməlini davam etdirir.

Cənab nazir! Sizdən xahiş edirəm ki, mənə qarşı törədilmiş bu cinayət hadisəsinin nəzarətə götürülməsinə göstəriş verəsiniz. Mən dövlətimin siyasi gərginlik dönəmində bunu sizdən xahiş etməzdim. Lakin çıxılmaz vəziyyətdə olduğuma görə sizi narahat etdim. Öncədən təşəkkürümü və minnətdarlığımı bildirirəm”.