“İş o yerə çatıb ki, Vardanyan Xankəndidə belə çağırış edir” – Politoloq

“Məlum olduğu kimi, ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin səfərinin ardından bu dəfə Fransada yaşayan ermənilər yaxşı bir pul mükafatı müqabilində Milli Assambleyanın sədrinin Ermənistana səfərinə nail oldular”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov qeyd edib:

“Lakin o, səfərin yekunlarına dair mətbuat konfransı zamanı Makrondan fərqli olaraq həqiqəti deməyə vadar oldu. Baxmayaraq ki, hazırda həmin xanımın təmsil etdiyi parlament 2 il əvvəl Qarabağla bağlı bəyanatda tamamilə əksini bildirirdi.

Jurnalistin sualına cavab verən Yael Braun-Pive Fransanın beynəlxalq hüquqa əsasən Qarabağı müstəqil respublika kimi tanımadığını bəyan etdi. Paşinyan da 3 gün əvvəlki çıxışında Qarabağın hamı tərəfindən Azərbaycan ərazisi kimi tanındığını qeyd etmişdi”.

Politoloq xatırladıb ki, Paşinyanın mətbuat konfransı zamanı separatçılar haqda müxtəlif açıqlamaları R.Vardanyanla münasibətlərini daha da gərginləşdirib:

“Hazırda hər iki tərəfin media resursları və hakimiyyət üzvləri bir-birini günahlandırmaqla məşğuldurlar. Hətta iş o yerə çatıb ki, Vardanyan çıxışların birində Sərkisyan-Köçəryan seçicilərini “artsax”ın (Vardanyanın) yanında olmağa və mübarizə aparmağa (kiminlə?) çağırıb.

Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Hazırda Vardanyan kloununun fəaliyyəti isə yerli əhalinin istismarı və bədbəxtçiliyi üçün atılan addımlardan başqa bir şey deyil”.

Gülnar Səlimova
Globalinfo.az