Fransaya qarşı beynəlxalq çağırış

Sakit Okean Kilsələr Konfransının 12-ci Baş Assambleyasının yekun sənədlərində Yeni Kaledoniyanın Fransadan ayrılaraq, müstəqillik uğrunda mübarizəsi dəstəklənib.

Globalinfo.az-ın xəbərinə görə, sənədlərə əsasən, Fransaya çağırış edilir ki, bu region nüvə silahından, kütləvi məhvetmə silahları və hərbi bazalardan azad olunsun. Aparılan nüvə silahları nəticəsində okeanların deqredasiyasına görə məsuliyyəti qəbul etsin.

“Biz Fransız Polineziyası və Yeni Kaledoniyanın müqəddəs öz müqqədəratını təyinetmə mübarizəsində onlarla birlikdəyik. Bu ərazilərin hərbiləşdirilməsi dayandırılmalıdır. Biz, bugünkü və keçmiş müstəmləkəçi dövlətləri nüvə silahlarının regional ratifikasiyasını həyata keçirməyə çağırış edirik”, – konfrans iştirakçıları vurğulayıb.