Fransanın yeni XİN rəhbəri Kiyevdə

Fransanın yeni xarici işlər naziri Stefan Sejurne Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Globalinfo.az xəbər verir ki, o bu barədə X səhifəsində bildirib.

Bu, yeni nazirin ilk xarici səfəri olub.

“Bura Fransanın Ukraynaya iqtisadi, hərbi və humanitar sahələrdə uzunmüddətli dəstək verməyə davam edəcəyini bildirmək üçün gəlmişəm”, – Sejurne BFMTV telekanalının efirində deyib.